Təmizlik işləri.
Ümümi təmizlik işləri:
- Planlaşdırma- təmizlik işlərinin tarixləri, saatları, müvafiq personal və avadanlıq təmin edilməsi.
- Böcəklərlə mübarizə- aplikanın, avadanlığın və bütün səthlərin üzərinə sürü tükənən kimi və yaxud, sürünün tükənməsinə 2 həftə qalmış yerli standartlara uyğun insektisid püskürtmək gərəklidir. İkinci prosedur fumigasiya öncəsi həyata keçirilməlidir.
- Tozu silin.
- Yuyucu vasitə ilə qəfəsin daxilini öncədən təmizləyin.
- Yonqarı və avadanlığı çıxarıb köpüklü yuyucu vasitə ilə yuyun və qaynar su ilə yaxalayın.
- Personalın sahibi olduğu əşyaları diqqətlə təmizləyin.
- Qəfəs xaricindəki sahənin təmizliyini təmin edin.
Su sisteminin təmizlənməsi.
- Borunu və çəni boşaldın.
- Su xətlərini təmiz su ilə təmizləyin.
- Ərpdən və biofilm qalıqlarından qurtulmaq üçün çəni təmizləyin və qəfəs xaricində qurulayın.
- Çəni əlavə sanitayzer vasitələri ilə normal iş qaydasına gətirin. Qapağı yeniləyin.
- Çənin başlığından su xətlərini sanitayzer ilə təmizləyin.
- Dezinfektiv maddəni ən azı 4 saat saxlayın.
- Boşaldıb təmiz su ilə yaxalayın.
- Quşlar gəlmədən təmiz su doldurun.
Qidalanma sisteminin təmizlənməsi.
- Bütün qidalandırma avadanlıqlarını boşaldın, yuyun və dezinfeksiya edin.
- Saxlama qablarını və birləşdirici boruları boşaldın və mümkün olan yerdə fırçalayın. Bütün açıq yerləri təmizləyin və plomblayın.
- Mümkün olan yerləri fumiqasiya edin.