Haqqımızda
Azərbaycan Şəkər İstehsalat Birliyinin nəzdində fəaliyyət göstərən İmişli Şəkər Yem Fabriki 2011-ci ildə dövlət başcısı İlham Əliyevin iştiraki ilə istismara verilib. Ümümi sahəsi 5.5 hektar olan müəssisənin 2016-cı ildə yeni istehsalat korpusu da fəaliyyətə başlayıb ki, bununla da həm yemlərin çeşid və növləri, həm də istehsal həcmi dəfələrlə artıb.
Müəssisənin istehsalat korpusu tamamilə avtomatlaşdırılmış avadanlıqlar və nəzarət-ölçü cihazları ilə təmin olunub. Yem texnologiyasını yaxından izləyərək yüksək keyfiyyətdə yem istehsal etməklə bazarda artan tələbi qarşılamaq fabrikimizin əsas hədəflərindən biridir. Azərbaycanın ən böyük istehsal gücünə malik tam avtomatlaşdırılmış qurğularından biri olan fabrik, yem texnologiyası və heyvan qidalanması sahəsindəki yenilikləri yaxından izləyən mütəxəssis heyəti ilə dünya standartlarına uyğun yemləri istehsal etməyi hədəfləyir.
Şəkər Yem kənd təsərrüfatı və yem sektoruna 2011- ci ildə bölgənin və ölkənin ehtiyaclarına uyğun olaraq qarışıq yem istehsal etmək üçün hazırkı fabrikimizdə istehsalata başlamışdır.
Şəkər Yem heyvandarlıq və quşçuluq sektorunun inkişafı, qabaqcıl texnologiya, baxım və bəslənmə imkanlarının heyvandarlıq sektoruna gətirdiyi yeniliklər, tərkibindəki laboratoriya və innovasiya yatırımları ilə sektorunda ən etibarlı brenddir. Qarışıq yem istehsalında və bölgəsində keyfiyyətli və sabit istehsalı ilə tanınan Şəkər Yem ən güclü markalardan biri halına gəlib.
İlk gündən etibarən "Keyfiyyətli Yemin tək adı" sloqanı ilə yola çıxan şirkətimiz istehsalçılarımızla əl-ələ verərək daha etibarlı yem istehsalı, daha sağlam nəsillər yetişdirmək üçün bütün gücü ilə çalışmağa davam edir. Yüksək həyat keyfiyyətinə malik sağlam fərdlərin təbii qidalanmasında ilk halqalardan biri olan yem sektorunda olmaq, Şəkər Yem olaraq məsuliyyətlərimizi qəbul edərək uzun illər ən təbii və sağlam yem istehsalı ilə istehlakçılarımızın və xalqımızın yanında olmağa davam edəcəyik.
Azərbaycan Şəkər İstehsalat Birliyinin nəzdində fəaliyyət göstərən İmişli Şəkər Yem Fabriki 2011-ci ildə dövlət başcısı İlham Əliyevin iştiraki ilə istismara verilib. Ümümi sahəsi 5.5 hektar olan müəssisənin 2016-cı ildə yeni istehsalat korpusu da fəaliyyətə başlayıb ki, bununla da həm yemlərin çeşid və növləri, həm də istehsal həcmi dəfələrlə artıb. Müəssisənin istehsalat korpusu tamamilə avtomatlaşdırılmış avadanlıqlar və nəzarət-ölçü cihazları ilə təmin olunub. Yem texnologiyasını yaxından izləyərək yüksək keyfiyyətdə yem istehsal etməklə bazarda artan tələbi qarşılamaq fabrikimizin əsas hədəflərindən biridir.
Azərbaycanın ən böyük istehsal gücünə malik tam avtomatlaşdırılmış qurğularından biri olan fabrik, yem texnologiyası və heyvan qidalanması sahəsindəki yenilikləri yaxından izləyən mütəxəssis heyəti ilə dünya standartlarına uyğun yemləri istehsal etməyi hədəfləyir. Qarğıdalı və arpa kimi məhsullara olan tələbatın artmasını nəzərə alaraq bu məhsulların əkin sahəsini genişləndirməyi və bununlada heyvandarlıqda məhsuldarlığı artırmağı, bölgədə heyvandarlığın inkişafına töhfə verməyi və istehsalçıların gəlirlərini artırmağı hədəfləyir. Məhsul yığımı mövsümündə yüksək tonaj alışı ilə istehsalçıların xeyrinə məhsul qiymətlərini tənzimləyərək istehsalçı gəlirlərinin artımını da dəstəkləyir.
Fabrikdə quşçuluq və heyvandarlıq kompleksləri üçün heyvan yemi istehsal olunur. Şəkər Yem Fabrikində broyler, kənd toyuqları, bildirçin, xüsüsi cins toyuqlar, cücə və yumurta artırma, həmçinin heyvandarlıq sektorunun tələbatına uyğun olaraq ətlik, damazlıq və südçülük təsərrüfatlarının ehtiyacları üçün heyvanların böyümə fazalarına uyğunlaşdırılmış müxtəlif növ məhsul istehsalı həyata keçirilir.
İllik istehsal gücü 300 min ton olan müəssisədə yem analizləri, quru maddə, protein, kül, yağ, sellüloza, nişasta, aflatoksin, kif, duz, kalsium və digər analizləri aparılır. Tədarük edilən xammalın ən uyğun mənbələrinin müəyyən edilməsi üçün qeyri-şəkər tərkibi analiz edilir. Yem istehsalında istifadə edilən məhsulun protein tərkibi analiz edilərək ən yaxşı xammal mənbəyi müəyyənləşdirilir. Müxtəlif növ yağlı xammalların yağ tərkibinin analiz edilməsi ilə məhsula yağlılıq verən optimal variantlar tapılır. Bundan əlavə, müəssisədə yüksək keyfiyyətli balıq yemlərinin də istehsalı həyata keçirilir. Mikrobioji laboratoriyada aparılan araşdırmaların nəticəsi olaraq bütün standartlara cavab verən məhsul əldə olunur. Qeyd edək ki, ölkənin müxtəlif bölgələrində nümayəndəlikləri olan bu müəssisə yüksək keyfiyyətli yem məhsullarının satışını həyata keçirir.
Yem analiz laborotoriyamız ən yeni avadanlıqlarla təchiz olunub. Məqsədimiz yerli heyvandarlığı və quşçuluğu inkişaf etdirməkdir.
2014- cü ilin mart ayında qurulan Sınaq Laboratoriyası hal-hazırda “Qida Aqro” MMC-nin nəzdində fəaliyyət göstərməkdədir.
Sınaq laboratoriyası hazır məhsulun müəssisəyə daxil olan xammalın keyfiyyətinə nəzarət üçün təyin olunmuşdur.
Sınaqlar standartların texniki şərtlərin və digər normativ sənədlərin, eləcə də sınaq metodikası və texnoloji nəzarət üzrə rəhbər sənədlərin tələblərinə uyğun olaraq aparılır.
Sınaq Laboratoriyası aşağıdakı növ sınaqlar həyata keçirir.
-Orqanoleptik
-Fiziki-kimyəvi
-Mikrobioloji
Sınaq Laboratoriyası öz işində Azərbaycan Respublikası hökumətinin məhsulun keyfiyyəti və sertifikatlaşdırılması sahəsindəki qərar və əsasnamələrinə, “Qida Aqro” MMC-nin rəhbərliyinin qərar və əsasnamələrinə, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəhbər sənədlərinə əsaslanır.
Keyfiyyətə Nəzarət Laboratoriyası olaraq vəzifəmiz xammalın fabrikə daxil olması ilə başlayır və emal və məhsul halına gələnə qədər davam edir. Keyfiyyətli yem hazırlamağın ən vacib elementlərindən biri keyfiyyətli xammal alınmasıdır. Bu səbəbdən fabrikimizə gələn xammalın bütün analizləri fərqli nöqtələrdən nümunələr alınaraq ətraflı şəkildə aparılır.
İstehsalın hər mərhələsində nəzarət nöqtələrindən götürülmüş nümunələrlə formulaya uyğun məhsulların istehsal edilməsi təmin edilir. Yem rasionlarının hazırlanmasında mütəxəssis texniki qrupumuz, müştəri ehtiyacları və gözləntiləri nəticəsində istehsal edilən yemlərin elmi məlumatlara əsaslanaraq sahəyə çıxmadan əvvəl dəyərləri etiketləməyə uyğunluğunu yoxlayır.
Texnologiya Ar -Ge quşculuq və heyvandarlığın davamlı inkişafı üçün əhəmiyyətli bir hərəkətverici qüvvədir və keyfiyyət yoxlama qabiliyyəti məhsul keyfiyyətini təmin etmək üçün əsas halqadır. Qida tələbləri, xammal enerjisi, xammal tətbiqi, yem emalı, aşqarların tətbiqi və digər layihələrin araşdırılmasına sadiqik. Texnologiya Ar -Ge formulların optimallaşdırılması üçün güclü dəstək verir. Xammal dəyərinin qiymətləndirilməsi, emal parametrlərinin araşdırılması və qidalanma tədqiqatları ilə xammal bazasını yenidən nəzərdən keçiririk və ən uyğun formul əldə etməyə çalışırıq.
Keyfiyyət yoxlaması, məhsulun təhlükəsizliyinə və keyfiyyətinə nəzarət etmək üçün son keçiddir. Yüksək məsuliyyət və missiya hissi ilə peşəkar və yüksək səviyyəli keyfiyyət yoxlama sistemi qurduq.
2011 -ci ildən etibarən şirkət, yem, quşçuluq, qida və digər əsas müəssisələrin rəqabət qabiliyyətini sənaye sahəsində birinci dərəcəli səviyyədə saxlamaq və iqtisadi, ətraf mühitə uyğun, səmərəli təmin etmək üçün bazar tələbatına əsaslanan Ar-Ge və tətbiq sistemini qurmuşdur və terminal istifadəçiləri üçün faydalı məhsullar; təşkilati quruluş baxımından şirkət yem tədqiqat institutlarını təkmilləşdirməyə davam edir, quşçuluq və məlumat tədqiqat institutlarının yaradılmasını sürətləndirir və baş alimlərdən ibarət aparıcı elmi və texnoloji istedad qrupu yaradır; şirkət xarici kooperativ Ar -Ge mexanizmini, elm və texnologiya layihələrinin qiymətləndirmə mexanizmini, təşviq və tanıma mexanizmini, yenilik və texnologiya çevrilmə mexanizmini təkmilləşdirməyə davam edir, eyni zamanda şirkət xüsusi tədqiqat fondlarına yatırımı artırır.
Fermerlərə heyvan alışında dəstək- hər heyvanın cinsindən asılı olaraq ət və süd veriminin maksimal potensialını nəzərə alaraq və Azərbaycan bazarını diqqətə alaraq fermerlərə göstərdikləri fəaliyyətə əsaslanaraq heyvan alışı prosesində təkliflər təqdim edirik.
Baytarlıq xidmətləri- lazımi zamanda vitaminlərin, dərmanların, vaksinlərin təmin olmasında texniki göstərişlər veririk və bununlada həm fermerlərə mənfəətin qorunmasında yardım, həm də sosial məsuliyyət göstəririk.
Bəsləmə proqramının yazılması (TMR)- heyvanların cinsini, ilk və hədəf çəkisini, laktasiyasını və ortalama süd verimini nəzərə alaraq qiymət/keyfiyyət proporsiyasına uyğun optimal bəsləmə proqramı təklif olunur.
Özəl Yem hazırlanması- heyvanların cinsindən asılı olaraq qəbul etməli olduqları proteinlər, minerallar, xam protein, quru maddə və s. kimi qida dəyərlərinin fərqləndiyindən heyvan cinsinə uyğun olaraq xüsüsi yemin hazırlanmasını təmin edirik.
Düzgün qidalanmanı təmin etmək və bu mövzu ilə əlaqədar istəklərinə, problemlərinə aydın həll yolları açmaq üçün müəssisələrin xüsusiyyətlərinə, imkanlarına uyğun süd və mal ətləri verimi təşkil edilir. Müəssisələr yerində ziyarət edildikdən və lazımi məlumatlar toplandıqdan sonra, yemək rasionu hazırlanır və sahiblərinə, baxıcılarına necə qidalanmaq barədə məlumat verilir.
Fabrikimizdə müəssisələrin əlindəki yem analiz edildikdən sonra, heyvanların qida çatışmazlığını aradan qaldırmaq və yüksək məhsuldarlığı təmin etmək üçün xüsusi yem istehsalı da aparılır. Xüsusi yem istehsalında müəssisədə məhsuldarlığa mənfi təsir edən qidalanma ilə əlaqədar xroniki sağlamlıq problemləri varsa, bunların qarşısını almaq üçün lazım olan məqamlar da nəzərə alınır.
Performans dəyərləndirilməsi- fermerdən alınan həftəlik statistik məlumatlar əsasında konversiya, effektivlik və digər performans göstəricilərinin dəyərləndirilməsi.
Sürü idarə etməsinə yardım etmək- heyvanların çəki, ortalama ət və süd verimi kimi amillərə əsasən qruplaşdırmasında təkliflər edirik. Qruplaşdırmanın əsas səbəbləri iqtisadi hədəflərə nail olunması və həmçinin qrupa uyğun qidalanma proqramı ilə əlaqəli xəstəliklərin qarşısını almaqa, gələcəkdə heyvanların sağlamlığını qorumaq.
Bəsləmə şəraitinin yaranmasında texniki dəstək- heyvanların maksimal məhsuldar olması üçün ventilasiya və işiqlandırma sistemlərinin doğru quruluşunda tövsiyələr bildiririk. Həmçinin, heyvanın yaşına, cinsinə uyğun olan temperatur və nəmişlik göstəricilərini təyin olunmasında yardım göstəririk.
Fermerlər tərəfindən işlənilən xammaların analizi- fermerlərin işlətdiyi xammaların keyfiyyətini və qida dəyərlərini öyrənmək üçün laborotoriya tərəfindən analiz edilir və nəticələrə əsasən yem rasionu və TMR təklif olunur.
Fermanın heyvan qəbulu üçün müvafiq dezinfeksiya proqramını icra etmək- dezinfeksiya prosesinin maksimal effektivliyini təmin etmək üçün, fermada rast gələn xəstəliklərin əsasında uyğun dezinfeksiya məhsulları və proqramı təklif olunur.
Bio təhlükəsizliyin təmin olmasında dəstək- xəstəlik rikslərinin azaldılması üçün, yerlərin doğru yerləşdirilməsində dəstək.
-İş effektivliyində artım.
-Fermerlərə heyvan alışında dəstək
-Baytarlıq xidmətləri
-Bəsləmə proqramının yazılması (TMR)
-Özəl Yem hazırlanması
-Performans dəyərləndirilməsi
-Sürü idarə etməsinə yardım
-Bəsləmə şərayətinin yaranmasında texniki dəstək
-Yemlə bağlı xəstəliklərin qabağının alınması
-Fermerlər tərəfindən işlənilən xammaların analizi
-Yerin cücə qəbulu üçün müvafiq dezinfeksiya proqramını uyğulamaq
-Bio təhlükəsizliyin təmin olmasında dəstək
Quşçulara quş alışında dəstək- quşların cinsindən asılı olaraq ət və yumurta veriminin maksimal potensialını nəzərə alaraq və Azərbaycan bazarını diqqətə alaraq quşçulara göstərdikləri fəaliyyətə əsaslanaraq quş alışı prosesində təkliflər təqdim edirik.
Baytarlıq xidmətləri- lazımi zamanda vitaminlərin, dərmanların, vaksinlərin təmin olmasında texniki göstərişlər veririk, bununlada həm quşcuların mənfəətin qorunmasında yardım, həm də sosial məsuliyyət göstəririk. Baytarlarımız həftədə bir dəfə ziyarət edərək,quşların sağlamlığını və yemlənmə şərayətini yoxlayır.
Bəsləmə proqramının yazılması – quşların cinsini, ilk və hədəf çəkisini, məhsuldarlığını nəzərə alaraq qiymət/keyfiyyət proporsiyasına uyğun optimal yemlənmə proqramının təklif olunur.
Özəl Yem hazırlanması- quşların cinsindən asılı olaraq qəbul etməli olduqları proteinlər, minerallar, xam protein, quru maddə və s. kimi qida dəyərlərinin fərqləndiyindən, quşun cinsinə uyğun olaraq xüsüsi yemin hazırlanmasını təmin edirik.
Düzgün qidalanmanı təmin etmək və bu mövzu ilə əlaqədar istəklərinə, problemlərinə aydın həll yolları tapmaq üçün müəssisələrin xüsusiyyətlərinə,imkanlarına uyğun ət verimi təşkil edilir. Müəssisələr yerində ziyarət edildikdən və lazımi məlumatlar toplandıqdan sonra, yemək rasionu hazırlanır və sahiblərinə,baxıcılarına necə qidalanmaq barədə məlumat verilir.
Fabrikimizdə müəssisələrin əlindəki yem analiz edildikdən sonra, quşların qida çatışmazlığını aradan qaldırmaq və yüksək məhsuldarlığı təmin etmək üçün xüsusi yem istehsalı da aparılır. Xüsusi yem istehsalında, müəssisədə məhsuldarlığa mənfi təsir edən qidalanma ilə əlaqədar xroniki sağlamlıq problemləri varsa, bunların qarşısını almaq üçün lazım olan məqamlar da nəzərə alınır.
Sürü idarə etməsinə yardım etmək- quşların çəki, ortalama ət məhsuldarlığı kimi amillərə əsasən qruplaşdırılmasında təkliflər edirik. Qruplaşdırılmanın əsas səbəbləri iqtisadi hədəflərə nail olunması və həmçinin qrupa uyğun qidalanma proqramı ilə əlaqəli xəstəliklərin qarşısını almaqa gələcəkdə quşların sağlamlığını qorumaq.
Bəsləmə şərayəti yaranmasında texniki dəstək- quşların maksimal məhsuldar olması üçün ventilasiya və işiqlandırma sistemlərinin doğru quruluşunda tövsiyələr bildiririk. Həmçinin, quşların yaşına, cinsinə uyğun olan temperatur və nəmişlik göstəricilərini təyin etməkdə yardım göstəririk.
Quşçular tərəfindən işlənilən xammaların analizi- quşçuların işlətdiyi xammaların keyfiyyətini və qida dəyərlərini öyrənmək üçün, laborotoriya tərəfindən analiz edilir və nəticələrə əsasən yem rasionu təklif olunur.
Performans dəyərləndirilməsi (FCR)- quşçudan alınan həftəlik statistik məlumatlar əsasında konversiya, effektivlik və digər performans göstəricilərinin dəyərləndirilməsi.
Küməsin cücə qəbulu üçün müvafiq dezinfeksiya proqramını tətbiq etmək- dezinfeksiya prosesinin maksimal effektivliyini təmin etmək üçün, küməsdə rast gələn xəstəliklərin əsasında uyğun dezinfeksiya məhsulları və proqramı təklif olunur.
Bio təhlükəsizliyin təmin olmasında dəstək- xəstəlik rikslərinin azaldılması üçün, küməslərin doğru yerləşdirilməsində dəstək.
-İş effektivliyində artım.
-Quşçulara quş alışında dəstək
-Baytarlıq xidmətləri
-Bəsləmə proqramının yazılması (TMR)
-Özəl Yem hazırlanması
-Performans dəyərləndirilməsi
-Sürü idarə etməsində yardım
-Bəsləmə şəraitinin yaranmasında texniki dəstək
-Quşçular tərəfindən işlənilən xammaların analizi
-Küməsin cücə qəbulu üçün müvafiq dezinfeksiya proqramını tətbiq etmək
-Bio təhlükəsizliyin təmin olmasında dəstək
-Yemlə bağlı xəstəliklərin qabağının alınması