Qəfəsin 3-4 fərqli yerindən 30-40 ədəd toyuq toplayın.
Yüngülcə hər cücənin dənliyini yoxlayın
Dolu yumşaq və yuvarlaq olduğu halda – Cücələr yemi və suyu asanlıqla tapa bilir
Dolu, amma bərk yemlə dolu- yem tapa bilir, amma az və yaxud ümümən su tapmayıb
Soldaki cücənin dolu yuvarlaq dənliyi vardır, sağdaki cücənin dənliyi boşdur.
Hədəf olunan dənlik dolumu dəyərləndirilməsi
Cücələr yerləşdiriləndən sonra dənlik yoxlama zamanı
Hədəf dənlik doluluğu
2 saat
75%
8 saat
>80%
12 saat
>85%
24 saat
>95%
48 saat
100%
Dənliyin doluluğu ilk 48 saat ərzində nəzarət altında olmalı və dəyərləndirilməlidir. İlk 24 saatda müvafiq doluluğa çatmaq kritikdir. Nail olunan nəticənin standartlara uymaması, cücənin yem və su qəbulunda problemin yaranmasını və dərhal tədbir görülməli olduğunu bildirir.
Cücə temperaturunun ölçülməsi
İlk 4-5 gün ərzində ən azı 10 cücədən qəfəsin 5 fərqli yerində cücələrin arxa qismindən temperaturlarını ölçün.
Qəfəsin soyuq və isti tərəflərinə xüsüsi diqqət yetirin.
Yumşaqca cücəni götürüb arxa qismi görsənənə kimi saxlayın. Termoskanın ucunu çılpaq dəriyə yaxınlaşdırın və temperaturu ölçün.
Cücənin arxa qismi yaş və ya çirk olduqda temperatur ölçməyin
İlk 4-5 gün ərzində mükəmməl temperatur 39.4-40.8 C.