)

Hinduşka başlanğıc yemi

50 kq

Gün: Yerli hinduşkalar üçün ilk 4 həftə üçün nəzərdə tutulub.
Ölçü: Qranul formasında.
Tərkib: Bol vitamin, mineral və aminturşuları, yağlı toxumlar və onların cecəsi (jımıxı), taxıl və taxıl məhsulları, nişasta, kalsium, dikalsium fosfat (monokalsium fosfat), duz, enzimlər, kiflənmə əleyhinə antioksidantlardan hazırlanmışdır. Yetişdirmə dövründə cücələrin immunitetini artırır. Hinduşkalar broyler və serebrist quşları ilə müqayisədə yüksək protein və enerji ehtiyacları olduğundan bu yem yüksək protein və enerjiyə malikdir.  Cücələrin sürətli inkişafının davamı üçün lazımi enerji və aminturşular ilə balanslaşdırılmışdır. Zənginləşdirilmiş vitamin, mineral və enzimlər yemdən maksimum yararlanmanı təmin edir. Tərkibində hinduşka quşlarına aid olan özəl antioksidantlar var.
İstifadə qaydası:  Yerli hinduşkalar üçün ilk 4 həftə üçün nəzərdə tutulub.