)

Zaqatalada Şəkəryem markasının Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar İnnovasiya Festivalında iştirakı.

Festivalda bağ və əkin sahələrində məhsuldarlığı artıran yeni suvarma sistemi metodları,  kənd təsərrüfatı və qida sənayesi üçün ölçü alətləri və laboratoriya avadanlıqları, heyvandarlıq sahəsi üçün tibbi və sanitar avadanlıq və dərmanlar, yanacağın idareəolunması ilə bağlı sensor və cihazlar, kənd təsərrüfatı təyinatlı texnikalar, alternativ enerji mənbələri, “Smart” sistemə əsaslanan arı yeşikləri,  müxtəlif yem bitkiləri və tərəvəz şitilləri nümayiş olunub. Qeyd edək ki, Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə il ərzində Quba, Ucar, Qobustan və Ağstafa rayonlarında silsilə tədbirlər həyata keçirilib. Bu festivallarda 2000-dən artıq fermer iştirak edib.