Aqrar Biznes Festivalında şirkətlərimizin iştirakı
17 Martda Cəlilabad rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi və Cəlilabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Aqrar Biznes Festivalı keçirilib.
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin ərazisində təşkil olunan festivalın məqsədi aqrar sahədə fəaliyyət göstərən fermerləri, sahibkarları, startapçıları və dövlət qurumlarını bir araya gətirmək, kənd təsərrüfatında innovativ yanaşmaların tətbiqini təşviq etmək, eləcə də aqrar biznes imkanlarını geniş ictimaiyyətə təqdim etmək olub.
Açılış mərasimindən sonra iştirakçılar sərgi sahəsinə baxış keçiriblər. Festivalın sərgi bölməsində Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumları, Dövlət Məşğulluq Agentliyinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən 10-dan artıq dövlət peşə təhsil mərkəzi, eləcə də aqrar sahədə fəaliyyət göstərən müxtəlif şirkətlər öz xidmət və məhsullarını nümayiş etdiriblər.
Şirkətimiz təmsil edən Qida Aqro MMC , Aşib MMC və AKTM MMC bu festivalda iştirka edərək teserüfatlara və fermerlərə və iştirakçəlara, məhsular ve tarimila bağlı lazmlı məlumatları paylaşıblər .