Şəkər Yem Interfood sərgisində
Şəkər Yem şirkəti olaraq fermerlərin və mal-qara sahiblərinin qida ehtiyaclarını ödəməyə, sağlam və inkişaf edən heyvanları təmin etməyə çalışırıq. Xüsusi mütəxəssis komandamız balanslaşdırılmış yem həlləri hazırlamaq və istehsal etmək üçün tam peşəkarlıqla çalışır.
Şirkətimiz inkişafın əsas mahiyyətini anlayaraq bir sıra sərgilərdə iştirak edərək öz işini təkmilləşdirməyə davam edir. Şirkətin son iştirak etdiyi sərgi də Interfood adlı sərgidir. Sərgi bizim üçün sənaye mütəxəssisləri ilə ünsiyyət qurmaq, təcrübəmizi bölüşmək və dəyərli tərəfdaşlıq qurmaq üçün platforma rolunu oynadı. Biz sənayenin ön sıralarında qalmağa, daim yeniliklər etməyə və müştərilərimizin inkişaf edən ehtiyaclarına uyğunlaşmağa çalışırıq.