)

“Şəkər Yem, 08.12.2022 tarixində Naftalanda seminar keçirib”

Şəkər Yem brendinin təşəbbüsü ilə, 08.12.2022 tarixində, Naftalanda yerləşən GARABAG SPA & RESORT hotelində, “Quşculuq təsərrüfatının idarə edilməsi prinsipləri” və “Azərbaycan quşçuluq təsərrüfatlarında müşahidə olunan xəstəliklər” adlı seminar keçirilib. Tədbirdə, cənub bölgəsində fəaliyyət göstərən baytarlar və quş təsərrüfatlarının rəhbərləri, Şəkər Yemin satış və marketinq komandası iştirak edib. 

Tədbirin əvvəlində önsöz Şəkər Yem satış departamentinin müdiri Araz Quliyevə verilib və o, quşçuluq sektorunda hal-hazırda aktual olan mövzulardan bəhs edib. Əlavə olaraq Şəkər Yemin məhsul keyfiyyətinin və şirkətlərə verdiyi texniki dəstəyin onların həm biznesinin böyüməsinə, həm də uzunmüddətli sabitliyinə necə töhfə verəcəyini izah etdi.

Şəkər Yemin istehsal üzrə məsləhətçisi Nəriman Miraalami öz təcrübəsinə əsaslanaraq Azərbaycan quşçuluq təsərrüfatında müşahidə olunan quş xəstəlikləri barədə ətraflı bəhs etdi. 

Çay fasiləsindən sonra Nəriman Miraalami  ve Şəkər Yem satış sonrası analiz mütəxəssisi,  Adeleh Hamidibejandi quş xəstəliklərinin həlli, vitamin və vaksinlər barədə iştirakçıları məlumatlandırdı.

Mövzu müzakirə olunduqdan sonra Trouw Nutrition şirkətinin baş zootexniki Tatyana Şul seminarın növbəti mövzusu olan “Quşçuluq təsərrüfatının idarəetmə prinsipləri” barədə bəhs etdi. 

Yaranan sualları cavablandırdıqdan sonra iştirakçılar qrup şəklində xatirə şəkli çəkdirdilər,   daha sonra nahara dəvət olundular.