)

Qobustan Heyvandarlıq Nümayiş Kompleksində keçirilən növbəti innovasiya festivalından.

Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Qobustan Heyvandarlıq Nümayiş Kompleksində növbəti innovasiya festivalı keçirilib. “Şəkər Yem” ilə yanaşı Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumları, “AMEA-nın Elm və Texnologiya Parkı” MMC, Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu və bir sıra şirkətlər öz məhsul və innovativ texnologiyalarını nümayiş etdirib.

Festivalda iştirak edən fermerlər və digər iştirakçılar yüksək qidalılıq və məhsuldarlıq göstəricilərinə malik Şəkər Yem məhsulları ilə tanış olublar.

Qobustan Heyvandarlıq Nümayiş Kompleksinin ərazisində təşkil olunan sərgidə şirkətimiz heyvandarlıq və quşçuluq sektorunun inkişafı, qabaqcıl texnologiya, baxım və bəslənmə imkanlarının heyvandarlıq sektoruna gətirdiyi yenilikləri nümayiş etdirib. Qarışıq yem istehsalında və bölgəsində keyfiyyətli istehsalı ilə tanınan  Şəkər Yem sərgi zamanı mütəxəssislər tərəfindən kənd təsərrüfatı məhsul istehsalçılarına məsləhət xidməti də göstərib, nümayiş olunan məhsullarından istifadənin üstünlükləri barədə məlumat verib.