Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən Aqrar İnnovasiya Festivalının növbəti təqdimatı Şəmkir rayonunda keçirilib.
30 noyabr 2022-ci ildə uğurla başa çatan festivalda Şeker Yem də öz yerini aldı.
Festival zamanı iştirakçılara nümayişi keçirilən yemlərin tərkibi, protein-qidalılıq dəyəri,
barədə geniş məlumatlar təqdim edilib. Heyvanların qida rasionuna bu cür yemlərin daxil edilməsi yüksək məhsuldarlığa, həm də heyvanların sağlamlığına müsbət təsir göstərəcəyi vurğulanmışdır.
Qarışıq yem istehsalında keyfiyyətli istehsalı ilə tanınan Şəkər Yem sərgi zamanı mütəxəssislər tərəfindən kənd təsərrüfatı məhsul istehsalçılarına məsləhət xidməti də göstərib, nümayiş olunan məhsullarından istifadənin üstünlükləri barədə məlumat verib.