Aqrar İnnovasiya Festivalı bu dəfə Ağstafa rayonunda 25.08.2023-cü il tarixində uğurla başa çatdı
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən Aqrar İnnovasiya Festivalı bu dəfə Ağstafa rayonunda baş tutub. Festivalın həyata keçirilməsində əsas məqsəd aqrar sahənin innovativ əsaslarla inkişaf etdirilməsi, innovativ həllərə əsaslanan texnoloji yeniliklərin təşviqi üzrə dəstək xidmətinin həyata keçirilməsi və kənd təsərrüfatı məhsul istehsalçılarının innovasiyalara əlçatanlığının təmin edilməsidir.
Festivalda şirkətlər qrupunun “ŞəkərYem” və “Alfa” duz markaları da uğurla iştirak edib.
Tədbir zamanı bölgənin aqrar potensialının və perspektivinin müəyyən olunması, bölgəyə uyğun kənd təsərrüfatı sahələrinin inkişafı ilə bağlı aqrar sahədə ixtisaslaşmış iri şirkətlər öz uğurlu təcrübələrini, habelə təsərrüfatlarında tətbiq etdikləri innovativ texnologiyalar ilə bağlı məlumatları fermerlərlə bölüşüb.
Mütəxəssislərimiz festival zamanı nümayiş olunan yemlərin tərkibi və protein-qidalılıq dəyəri ilə bağlı geniş təqdimatla çıxış edib, heyvanların qida rasionuna bu cür yemlərin daxil edilməsinin yüksək məhsuldarlığa səbəb olduğunu, eləcə də heyvanların sağlamlığına müsbət təsir göstərdiyini bildiriblər. Qarışıq yem istehsalında keyfiyyətli istehsalı ilə tanınan “ŞəkərYem” markasının mütəxəssisləri, sərgi zamanı kənd təsərrüfatı məhsul istehsalçılarına bir sıra məsləhətlər də verib, nümayiş olunan məhsullardan istifadənin üstünlükləri barədə ətraflı məlumat veriblər.