)

Standard broyler böyütmə yemi

50 kq

Gün: Cücələrin 11-24 günlük dövründə istehlak üçün nəzərdə tutulub.

Ölçü: Pellet formasındadır. 

Tərkib: Bol vitamin, mineral və aminturşuları, yağlı toxumlar və onların cecəsi (jımıxı), yağlar, taxıl və taxıl məhsulları, nişasta, kalsium, dikalsium fosfat (monokalsium fosfat), duz, enzimlər, kiflənmə əleyhinə antioksidantlardan hazırlanmışdır. Ross 308 alt növünün ehtiyaclarına uyğun balanslaşdırılıb.

Yetişdirmə dövründə cücələrin immunitetini artırır, yüksək protein səviyyəsi, yüksək ət verimi ilə nəticələnir. Cücələrin sürətli inkişafının davamı üçün lazımi enerji və aminturşular ilə balanslaşdırılmışdır. Zənginləşdirilmiş vitamin, mineral və enzimlər yemdən maksimum yararlanmanı təmin edir.