)

“Şəkər Yem, 18.02.2022 tarixində Lənkaranda seminar keçirib”

18.02.2022 tarixində Lənkaran şəhərində yerləşən Lenkaran Springs and Wellness Resort hotelində Şəkər Yem brendinin təşəbbüsü ilə “Azərbaycan quşculuq təsərrüfatlarında müşahidə olunan xəstəliklər” adlı seminar keçirilib. Tədbirdə Şəkər Yem brendinin satış və marketinq komandası, cənub bölgəsində fəaliyyət göstərən baytarlar və quş təsərrüfatlarının rəhbərləri iştirak edib. Həmçinin, qonaq spiker olaraq yem istehsalında dünya lideri olan  Trouw Nutrition şirkətinin təmsilçiləri: İxrac satış müdiri Aleksandr Spiçak, Xarici kommunikasiyalar üzrə mütəxəssis İrina Bilçenko və Baş Zootexnik Tatyana Şul iştirak edib.

Tədbirin başlanması ilə önsöz Yem Satış Departamentinin müdiri Araz Quliyevə verilmişdir. Araz Quliyev iştirakçılara xarici spikerləri təqdim etdikdən sonra, quşculuq sektorunda hal-hazırda aktual olan problemlərdən bəhs edib. İştirakçılara təşəkkürlərini bildirərək, Araz Quliyev Trouw Nutrition şikrətinin İxrac satış müdiri Aleksandr Spiçakı şirkət barədə məlumat vermək üçün dəvət edib. Şirkət haqqda məlumat verildikdən sonra söz,  Yem İstehsalı üzrə mütəxəssis, Nəriman Miraalamiyə verilmişdir. İki hissədən ibarət olan təqdimatın ilk hissəsində Nəriman Miraalami öz təcrübəsinə əsaslanaraq, Azərbaycan quşculuq təsərrüfatlarında müşahidə olunan quş xəstəlikləri barədə ətraflı bəhs etdi. Təqdimatın ilk hissəsinin nəticəsində yaranan sualları cavablandırdıqdan sonra, Nəriman Miraalami iştirakçılarını çay fasiləsinə dəvət etmişdir. Çay fasiləsindən sonra Nəriman Miraalami təqdimatın ikinci hissəsi olan quş xəstəliklərinin çözümü, vitamin və vaksinlər barədə məlumat bildirdi. 

Mövzu müzakirə olunduqdan sonra, Trouw Nutrition şirkətinin təmsilçisi Zooloq Tatyana Şul seminarın növbəti mövzusu olan “Quşculuq təsərrüfatının idarəetməsi prinsipləri” barədə bəhs etdi. İdarəetmə prinsiplərinin əsası iqtisadi yanaşma olduğunu bildirən Tatyana Şul qeyd edib ki, “Hansına bir quşculuq təsərrüfatının uğurlu olması üçün, təsərrüfat rəhbərləri fəaliyyətində keyfiyyətə yüksək dəyər verməsindən başqa, uzun müddətli yanaşma zamanı təsərrüfatın gəlirliyini əsas faktor kimi qəbul etməlidir. Yüksək gəlirliyə nail olmaq üçün, təsərrüfat rəhbərləri fəaliyyətlərini öncədən təyin olunmuş və ən azı 5 ili əhatə ədən plana uyğun tənzimləməlidir.” Təqdimat bitdikdən sonra, iştirakçılar qrup şəkli çəkildikdən sonra nahar yeməyinə dəvət edilmişdir.