“Azərsun Holdinq” və FAO arasında əməkdaşlıq uğurla inkişaf edir
2022-ci ilin may ayında “Azərsun Holdinq” və FAO-nunAzərbaycan nümayəndəliyi arasındaimzala- nan əməkdaşlıq memorandumun- da nəzərdətutulan əməkdaşlıq fəaliyyəti çərçivəsində işlər me- morandumun imzalandığı gündən başlayaraq həyata uğurla həyata keçirilir.
Belə ki, bu müddət ərzindəFAO yerli kiçikfermerlərə baza- ra çıxışın asanlaşdırılması, habelə “Azersun Holding”in məhsulun yetişdirilməsi, saxlanması, lo- qistikası istiqamətində mövcud təcrübəsindən də geniş istifadəolunmaqla kiçik fermerlər- ailə kəndli təsərrüfatları ilə “Azərsun Holdinq”in birbaşa və birgə əməkdaşlığı üçün zəruri zəmini ha- zırlayıb.
İlk addım olaraq Azərbaycanda qurudulmuş meyvə istehsalı üzrə ixtisaslaşan onlarlakiçik fermer təsərrüfatları ilə məhsulun qablaş- dırılaraq“Bazarstore” mağazalar şəbəkələrində satışa çıxarılması istiqamətində hazırlıqişləri tamam- lanaraq, yeni məhsul sezonundan etibarənəməkdaşlığın başlanması üzrə razılıq əldə olunub.
“Azərsun Holdinq” FAO ilə bağlanan razılıqmemorandumu çərçivəsində əməkdaşlığı bitkiçiliklə yanaşı, eyni zamanda heyvandarlıq sahəsini də əhatə edir. Bu məqsədlə 18 ve 19 Aprel 2023-cü il tarixində Beilqanvə Ağ Cəbdi (kəbirli-yeni mil -taze kend və kəhrizlıkendində) rayonlarında südlük heyvandarlıqla məşğul olan fermerlər üçün əyani tədris proqramıvə treyninqlər təşkil olunmuşdur. Bu tədrislər zamanı fermerlərə daha yüksək məhsuldarlıq göstəricilərinin əldə olunmasının, habelə sağlam inəklərdən keyfiyyətli süd sağımı-nın təmin edilməsiməqsədi ilə olanKənd Təsərrüfatı və Heyvandarlıq Direktorluğundan Nariman Mirala- mi və Adilə Həmidbejandi rəhbərliyi ilə məşğələlər aparılıb.Eyni za- manda heyvanların bəslənməsi zamanı yüksək keyfiyyətli sənaye yemlərindən istifadənin rolu və bu sahədə olan beynəlxalq təcrübəyə əsaslanan nümunələrgöstərilərək təlimlər davam etdirilib. Layihəçərçivəsində həyata keçirilən daha bir mühümaddım, süd istehsalı ilə məşğulolan fermerlərə məhsullarının rahat satışının təmin olunması məqsədiilə südlük heyvandar- lıqla intensiv şəkildə məşğul olan kənd ərazilərində süd toplama məntəqələrinin yaradılmasına dair işlərinbaşlanmasıdır. Hal-hazırda “AzərsunHoldinq” ilkin olaraq iki kənddə gündəlik süd alımı təqribən 3-4 ton olan iki məntəqə qurmağı planlaşdırır ki, bu sahədə olan təcrübə öyrənildikdən sonra gələcəkdə bu rəqəm daha da artı- rılacaq.