)

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə keçirilən "Caspian Agro 2022" "Şəkər Yem" sərgisi

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə "Caspian Agro 2022" sərgisi respublikamızın aqrar-sənaye sahəsində yeni və mütərəqqi texnologiyalarının nümayişi məqsədilə 18-20 may tarixlərində keçirildi. Bu sərgi kənd təsərrüfatı sektorunun bütün iştirakçılarını – yerli və xarici mütəxəssisləri, idxalçılar, ixracatçılar, distribyütorlar, topdan və pərakəndə satış təmsilçiləri və eləcə də fermerləri bir araya gətirə bildi.

Sərginin vacib bölmələri arasında "Yem" kateqoriyası da vardır və burada fəxrlə təqdim etdiyimiz "Şəkər Yem" məhsulu ön sıralarda yer almışdır. Heyvandarlıq sahəsində əvəzolunmaz bir məhsul olan "Şəkər Yem" təbii tərkibi və çeşidlərinin bolluğu ilə yerli və xarici kənd təsərrüfatı sahibkarlarının marağını üzərinə cəlb edə bilmişdir.