Süd verən heyvanlar
Ölkəmizdə südlük maldarlıqla əsasən ailə təsərrüfatları məşğul olur. Südlük maldarlığın inkişaf etdirilməsinin əsas məqsədi mövcud südlük istiqamətli cinslərin məhsuldarlığını yüksəltmək və onların genetik potensialını artırmaqdır. Bu məqsədlə həm dövlət damazlıq kənd təsərrüfatı istehsalı müəssisələrində, həm də özəl damazlıq təsərrüfatlarında süd istehsalı üzrə ixtisaslaşdırılmış bölgələrdə mövcud qaramal cinslərinin yaxşılaşdırılması üçün holştin-friz və qara-ala cinslərinin təmizlikdə yetişdirilməsi həyata keçirilir.
Südlük maldarlıqla məşğul olan hüquqi və fiziki şəxslər inək və camışların baş sayının artırılması və məhsuldarlığın yüksəldilməsi hesabına süd istehsalında artıma nail olurlar. Bunun üçün sahibkarlar südlük istiqamətli inəklər saxlayaraq mütərəqqi texnologiyalardan istifadə etməli, yemləmə, bəsləmə və qulluq işlərini zootexniki tələblərə uyğun təşkil etməlidirlər.
Təsərrüfatda hansı yemdən hansı inəyə nə qədər verilməli olduğunu müəyyənləşdirmək, düzgün yem payı tərtib etmək və fəsillər üzrə yem tələbatını hesablamaq üçün hər bir inəyin sutka, ay və laktasiya ərzində nə qədər süd verdiyi dəqiq uçot edilməlidir. İnəklərin yemləndirilməsində ən səmərəli üsullardan biri geniş sağımdır və bu məsələyə xüsusi diqqət yetirilməlidir.
Südlük-maldarlıq fermalarında damazlıq işləri təcili olaraq qaydaya salınmalıdır. İnəklərin fərdi süd məhsuldarlığı, südün yağlılığı, mayalandırma və doğum göstəriciləri, cavanların diri çəki artımı dəqiq uçot edilməlidir. İnəklər bədən quruluşuna, yelin formasına, maşınla sağıma yararlılıq xüsusiyyətinə, cavanların böyümə və inkişaf göstəricilərinə görə qiymətləndirilməli və bu məlumatlar əsasında seleksiya aparılmalıdır. İnəklərin və düyələrin süni yolla mayalandırılması da mütləq təşkil edilməlidir.
Ölkəmizdə süd istehsalını artırmaq üçün özəl heyvandarlıq təsərrüfatlarının yaradılması və bu təsərrüfatlarda yüksək məhsuldar damazlıq heyvanların yetişdirilməsi vacibdir. Süd istehsalının artırılması üçün yem istehsalının yaxşılaşdırılması, möhkəm yem bazasının yaradılması və yeni texnologiyaların tətbiqinə üstünlük verilməlidir. Bu məqsədlə yem bitkilərinin əkin sahəsinin genişləndirilməsi zəruridir.
Azərbaycanda süd istehsalının artırılmasını aşağıdakı tədbirlər hesabına mümkün hesab edirik: